Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə veriləndən 2022-ci ilin sonunadək Türkiyənin “BOTAS International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 4 mlrd. 232 min 552 barel neft yola salınıb.
Qeyd edək ki, 2006-cı ilin iyun ayında istismara verilən BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. BTC boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərində yerləşən hissələrinin operatoru BTC Co.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ International Limited (BIL) şirkətidir.
Məlumata görə, hesabat dövründə terminaldan 5 250 tanker neft ilə yüklənilib və yola salınıb.
Qeyd olunur ki, 2022-ci ildə Ceyhan neft terminalından 224 mln. 388 min 520 barel neft 305 tankerə yüklənilərək göndərilib. 2021-ci ildə BTC ilə dünya bazarlarına 200 mln. 467 min. 463 barel neft dünya bazarlarına çıxarılıb.