-1 C
Baku
Sunday, December 15, 2024

BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

Bakı-Tbilisi-Ceyhan kəmərinin (BTC) Yevlaxda yerləşən 2-ci nasos stansiyası gündəlik orta hesabla 620 min barel həcmində neft nəql edir.

Bunu stansiyanın sahə meneceri Rəşad Məmmədov BP şirkətinin rayonlara təşkil etdiyi media-tur çərçivəsində bildirib.

Onun sözlərinə görə, nasos stansiyasında dörd neftvurma qurğusu mövcuddur və bunların üçü işlək vəziyyətdədir, dördüncü qurğu rezerv kimi saxlanılır.

Rəşad Məmmədov bildirilib ki, üç qurğu gündə 1 mln. barelədək neft aşıra bilər, lakın orta hesabla qeyd olunan qurğular gündəlik 620 min barel neft nəql edir.

Faktiki olaraq, bu, o deməkdir ki, BTC ilə gündəlik orta hesabla 620 min barel neft nəql olunur.

Sahə meneceri qeyd edib ki, nasos stansiyası Canubi Qafqaz kəməri vasitəsi ilə alınan “Şahdəniz” qazının hesabına işləyir.

Rəşad Məmmədov onu da əlavə edib ki, indiyədək BTC neft kəməri ilə 4.1 mlrd. barel və ya 546 mln. tondan artıq neft nəql olunaraq tankerlərə yüklənilib və dünya bazarlarına çıxarılıb.

Sahə meneceri xatırladıb ki, BTC neft kəmərinin uzunluğu 1 768 kilometr, gündəlik ötürücü gücü isə 1.2 mln. bareldir. BTC boyunca səkkiz kompres stansiyası fəaliyyət göstərir, bunların iki Azərbaycanda, daha ikisi Gürcüstan, dördü isə Türkiyə ərazisində yerləşir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər