8 C
Baku
Monday, November 18, 2024

BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi 9%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 144 074 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 9.1% çoxdur.

Ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 132 052 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəmərilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2.8% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər