9 C
Baku
Sunday, November 17, 2024

BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi bu il 6% artıb

Bu ilin yanvar-may aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 89 452 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 6,3% çoxdur.

Ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 84 185 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəmərilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2,8% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər