Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərilə 19 167 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 9.5% çoxdur.
Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinin məlumatında bildirilir.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12.64% çoxdur.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.