9 C
Baku
Friday, December 13, 2024

“BTQ” dəmir yolu ilə ilkin mərhələdə 1 mln. sərnişinin daşınması nəzərdə tutulub

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə ilkin mərhələdə 1 milyon sərnişinin daşınması nəzərdə tutulub.

Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu yalnız yükdaşımalarda deyil, həmçinin turizmin inkişafında da böyük rol oynayacaq. BTQ ilə ilkin olaraq 1 milyon, növbəti illərdə isə 3-3,5 milyon sərnişin daşınması planlaşdırılır: “Qatarla səyahət tarixən mövcud olub. Bu marşrut təyyarə ilə səyahəti yox, gəzərək görməyi sevən turistlər üçün gözəl imkandır”.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər