8 C
Baku
Thursday, December 12, 2024

BTQ ilə yükdaşımalar ötən il 42% artıb

“2019-cu ildə Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 2018-ci ilə nisbətən 9,1% artıb”.

Bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, bu artım məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub.

“Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2% artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub”, – C.Qurbanov qeyd edib.

Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O, qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38% artıb.

©Report

Son xəbərlər
Digər xəbərlər