-1 C
Baku
Tuesday, February 27, 2024

BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərən Bakı Telefon Rabitə İstehsalat Birliyində (BTRİB) daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Məlumata görə, qurumun Maliyyə və əmək şöbəsinin rəis Söhrab Yarəhmədov vəzifəsindən azad edilib.

Məlumatı dəqiqləşdirmək üçün BTRİB-lə əlaqə saxladıq. Qurumdan bu məlumatı təsdiqləyiblər.

Bildirilib ki, o, işdən ayrılıb, artıq BTRİB-də fəaliyyət göstərmir.

Qeyd edək ki, Söhrab Yarəhmədov 20 ildən çox müddətdə rabitə sistemində çalışıb.

Söhrab Yarəhmədovun işdən ayrılma səbəbi isə məlum deyil.

Son xəbərlər
Digər xəbərlər