Bakıda Binəqədi rayonu, 2-ci mədən küçəsində mənzillər plana düşüb, evlər söküləcək.
Bunu ərazidə yaşayan sakinlər deyiblər. Onların sözlərinə görə, ilkin mərhələdə 8 ailənin köçürüləcəyi deyilib.
Bəzi sakinləri isə kompensasiya məbləği qane etməyib. Onlar ayrılan vəsaitin az olduğunu deyirlər.
Məsələ ilə bağlı ərazi üzrə 145 saylı Mənzil kommunal istismar sahəsindən bildirilib ki, xidməti ərazilərində 10 mənzil qəzalı binalar sırasındadır. 2022-ci ildə FHN tərəfindən rəy də verilib. Proses Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də məlumat təsdiqlənib. Bildirilib ki, sakinlərlə görüşlər keçiriləcək, razılıq əldə olunacağı təqdirdə söküntü işlərinə start veriləcək.







