Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, eyni zamanda siyirtmənin quraşdırılması və Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Banker.az xəbər verie ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Təmir-bərpa işləri aparılan müddətdə Binə qəsəbəsinin Binə Sovxozu, Əli İsazadə küçəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.