Fevralın 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar 511 və 555 prefiksli simsiz telefon abunəçilərə müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq.
“Baktelecom” MMC-dən verilən məlumata görə, təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA – simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək.