6 C
Baku
Sunday, December 15, 2024

Bu aptekdə istehlaka yararsız məhsullar aşkarlandı

Bakının Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 51C ünvanında fəaliyyət göstərən, Abasov Habil Seyfulla oğluna məxsus “İstanbul” aptekdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, “Krilom Omega3 №50” bioloji aktiv qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışa çıxarıldığı, həmçinin içlik vərəqində Azərbaycan dilində məlumatların əks olunmadığı aşkar olunub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyasına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhsullar satışdan kənarlaşdırılıb və inzibati protokol tərtib edilib.

Son xəbərlər
Digər xəbərlər