Daha bir avtobus nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Banker.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Fevralın 17-dən “20 Yanvar” metro stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.