24 C
Baku
Wednesday, May 22, 2024

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bakıda 4, 6, 10, 31, 77, 85, 88 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Banker.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, bu gün saat 23:00-dan iyunun 27-i saat 20:00-dək Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə) və iyunun 26-ı saat 23:00-dan iyunun 27-i saat 06:00-dək Azadlıq prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) yolun hərəkət hissəsində təmir-tikinti işləri aparılacaq və yolda hərəkət tam məhdudlaşdırılacaq.

Tətbiq edilən məhdudiyyətə uyğun olaraq sözügedən müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər