7 C
Baku
Friday, March 13, 2026

Bu avtobusun yolu dəyişdirildi

Sabahdan 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.

“Biləcəri qəsəbəsindən Təbriz küçəsi istiqamətində fəaliyyət göstərən 83 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin dəyişdirilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə daxil olan müraciətlər nəzərə alınaraq marşrutun Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi və Asəf Zeynallı küçələrinin kəsişməsində yerləşən dairəyədək uzadılması məqsədəuyğun hesab edilib”, -məlumatda qeyd olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər