4 avqust 2026-cı il tarixində saat 10:00-da keçiriləcək hərracda dövlət qurumlarının balansında olan 28 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Banker.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri arasında minik avtomobilləri, xüsusi təyinatlı avtomobillər, təcili yardım maşınları, yük avtomobilləri və bir gəmi yer alır. Nəqliyyat vasitələrinin start qiyməti 1 440 manatdan başlayaraq 172 500 manata qədər dəyişir. Hərracda iştirak etmək istəyən şəxslər üçün beh məbləği start qiymətinin 10 faizi həcmində müəyyən edilib.
Hərraca çıxarılan nəqliyyat vasitələri bunlardır:
- Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti – 2006-cı il istehsalı BMW 730LI (51 AC 186), start qiyməti 2 500 manat, beh 250 manat.
- “Azəridmanservis” MMC – 2006-cı il istehsalı BMW 730LI (99 PJ 754), start qiyməti 4 250 manat, beh 425 manat.
- Gənclər və İdman Nazirliyi – 2006-cı il istehsalı BMW 730LI (77 AT 437), start qiyməti 4 300 manat, beh 430 manat.
- Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti – 2006-cı il istehsalı BMW 525I (10 PF 112), start qiyməti 5 250 manat, beh 525 manat.
- Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti – 2006-cı il istehsalı Nissan Pathfinder (10 PF 065), start qiyməti 6 000 manat, beh 600 manat.
- FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – 2006-cı il istehsalı Nissan Pathfinder (10 PF 086), start qiyməti 5 500 manat, beh 550 manat.
- TƏBİB-in tabeliyində Neftçala Rayon Mərkəzi Xəstəxanası – 2004-cü il istehsalı iki ədəd QAZ-322174-32 və QAZ-32214-32 təcili yardım avtomobili (47 AC 291 və 47 AC 322), ümumi start qiyməti 2 500 manat, beh 250 manat.
- Dövlət Sərhəd Xidməti – 1969-cu il istehsalı “Point Brower D” markalı gəmi (S-104), start qiyməti 172 500 manat, beh 17 250 manat.
- Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı – 2005-ci il istehsalı BMW 520 (99 AP 330), start qiyməti 5 250 manat, beh 525 manat.
- Oğuz Rayon İcra Hakimiyyəti – 2009-cu il istehsalı Chevrolet Niva 212300 LC (48 AA 046), start qiyməti 2 100 manat, beh 210 manat.
- Prezidentin İşlər İdarəsi – 1998-ci il istehsalı Mercedes-Benz S320 (90 YB 827), start qiyməti 14 000 manat, beh 1 400 manat.
- Aqrar Xidmətlər Agentliyi – 2006-cı il istehsalı QAZ 330700-1012-24 xüsusi avtomobili (10 JZ 416), start qiyməti 2 800 manat, beh 280 manat.
- Aqrar Xidmətlər Agentliyi – 2008-ci il istehsalı QAZ 31105-801 (90 AL 466), start qiyməti 2 800 manat, beh 280 manat.
- Aqrar Xidmətlər Agentliyi – 2002-ci il istehsalı QAZ 3110-101 (09 AA 065), start qiyməti 2 000 manat, beh 200 manat.
- Aqrar Xidmətlər Agentliyi – 2004-cü il istehsalı VAZ-21074 (20 AA 361), start qiyməti 1 800 manat, beh 180 manat.
- Aqrar Xidmətlər Agentliyi – 1997-ci il istehsalı VAZ-21213 (60 AA 084), start qiyməti 2 200 manat, beh 220 manat.
- Aqrar Xidmətlər Agentliyi – 1992-ci il istehsalı VAZ-2106 (10 JM 859), start qiyməti 2 000 manat, beh 200 manat.
- Aqrar Xidmətlər Agentliyi – 2003-cü il istehsalı VAZ-21074 (40 AA 076), start qiyməti 2 500 manat, beh 250 manat.
- Aqrar Xidmətlər Agentliyi – 2006-cı il istehsalı Tofaş Doğan (01 AA 296), start qiyməti 2 800 manat, beh 280 manat.
- Aqrar Xidmətlər Agentliyi – 2007-ci il istehsalı Chery Flagcloud (44 AA 058), start qiyməti 2 500 manat, beh 250 manat.
- Aqrar Xidmətlər Agentliyi – 2006-cı il istehsalı Chevrolet Niva 212300 (44 AA 057), start qiyməti 3 000 manat, beh 300 manat.
- Aqrar Xidmətlər Agentliyi – 2005-ci il istehsalı UAZ-315122 (63 AA 026), start qiyməti 2 000 manat, beh 200 manat.
- Baş Prokurorluq – 2008-ci il istehsalı Toyota Camry (10 AZ 050), start qiyməti 9 000 manat, beh 900 manat.
- Baş Prokurorluq – 2009-cu il istehsalı Volkswagen Passat (90 YD 091), start qiyməti 7 000 manat, beh 700 manat.
- Baş Prokurorluq – 2010-cu il istehsalı Volkswagen Passat CC (10 AZ 113), start qiyməti 7 500 manat, beh 750 manat.
- Dövlət Gömrük Komitəsi – 2004-cü il istehsalı Tofaş Doğan (77 YG 328), start qiyməti 3 000 manat, beh 300 manat.
- “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı – 2004-cü il istehsalı VAZ-21214 (52 AA 132), start qiyməti 1 980 manat, beh 198 manat.
- Respublika Sanitariya-Karantin Mərkəzi – 2002-ci il istehsalı VAZ-21074 (10 JM 819), start qiyməti 1 440 manat, beh 144 manat.
Hərracda iştirak etmək istəyən şəxslər müəyyən edilmiş beh məbləğini ödəməklə satış prosesinə qoşula bilərlər.







