3 C
Baku
Şənbə, Yanvar 22, 2022

Bu axşam bulvarda atəşfəşanlıq olacaq

Bu gün Vətən müharisindəki qələbə münasibətilə təşkil edilən Zəfər paradının ardından qalibiyyət tədbirləri davam etdiriləcək.

Axşam 19:00- 20:00 radələrində Bakı bulvarında möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

Əldə etdiyimiz digər məlumata görə, pandemiya, həmçinin qüvvədə olan “Hərbi vəziyyət haqqında” Qanunun tələblərindən irəli gələrək, vətəndaşların komendant saatına düşməməsi üçün əvvəlcədən bu barədə ictimaiyyətə məlumat verilməyib.

Mənbə:Modern.az
Son xəbərlər
Oxşar xəbərlər