26 C
Baku
Wednesday, October 2, 2024

Bu ay da bank sektoruna Unibank başçılıq etdi

Nettrends 2014-cü ilin iyun ayı üçün bank, sığorta sektorları və mobil operatorlar haqqında Azərbaycanın xəbər saytları və çap mediasında yer alan xəbərlərin sayını elan edib.

İyun ayında bank sektoruna 12 %-la “Unibank” başçılıq edir.

Növbəti pillədə isə Bank of Baku 10%, Beynəlxalq Bank 8%, Ata Bank 6%, Kapital Bank 6%, Dəmir Bank 6% , Bank VTB 4%, Bank of Azərbaycan 4%, Digər banklar üzrə isə 37%-dir.

Təqdim edilən rəqəmlər müvafiq adların yerli mediada Azərbaycan, rus və ingilis dillərində 170-dən çox xəbər saytında və gündəlik qəzetlərdə dərc edilmiş məqalələrin analizinə əsasən müəyyən edilib.

Qeyd edilməlidir ki, elan edilən bu statistik məlumatlar Nettrends-in hazırladığı xüsusi proqram təminatına inteqrasiya edilmiş xəbər saytlarının və izlədiyimiz qəzetlərin məqalələri əsasında hazırlanır. Hər sektora aid xəbərlər bir sözün müxtəlif formalarda yazılışı nəzərə alınmaqla, məzmununa görə təsniflənmir və toplu halında hesablanır.

Son xəbərlər
Digər xəbərlər