Bu ay Trampla Zelenski arasında görüş gözlənilir

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu ay görüş gözlənilir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy brifinqdə bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında sentyabr ayında görüş keçirilməsi barədə ilkin razılıq əldə edilib: “Təsdiqləyə bilərəm ki, bu ayın sonunda görüş üçün ilkin razılıq əldə edilib”.

XİN nümayəndəsi zəruri hallarda iki prezident arasında telefon danışıqlarının aparılmasını da istisna etməyib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər