Bu aydan başlayaraq Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündə bir dəfə konteyner blok qatarı göndərilir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatında bildirilir.
Məlumata görə, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 8-12 günə Bakıya çatacağı gözlənilir.
Siandan daşımalar bu il yanvarın 1-dən başlanılıb. Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində aparılan davamlı və səmərəli fəaliyyət nəticəsində iyulun 1-dən bu daşımalar gündəlik həyata keçirilir.
Çindən məişət əşyaları, avtomobillər və ehtiyat hissələri ilə dəhliz vasitəsilə daşınır və ümumi səyahət müddəti təxminən 12 gündür.
Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2.8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86% çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndəriləcək.