“Bu ayın da yarısı bayramdır” deyənlərə yeni statistik sürpriz

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 138.7 saat təşkil edib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2.9 saat və ya 2.1% artıb. Belə ki, ötən ilin ilk üç ayında bu göstərici 135.8 saat olmuşdu.

İqtisadi fəaliyyət növləri üzrə ən yüksək orta aylıq işlənmiş iş saatı 2026-cı ilin yanvar-mart aylarında ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində qeydə alınıb. Bu sahədə bir işçiyə düşən orta aylıq iş saatı 148.7 saat olub ki, bu da illik müqayisədə 5.4 saat çoxdur.

TAM SIYAHI:

İqtisadi fəaliyyət növləri 2026, ilk rüb 2025, ilk rüb İllik dəyişmə
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 142.0 137.8 +4.2
Mədənçıxarma sənayesi 136.2 134.2 +2.0
Emal sənayesi 138.8 135.0 +3.8
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 140.0 137.5 +2.5
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 143.3 140.8 +2.5
Tikinti 146.0 141.5 +4.5
Ticarət; nəqliyyat vasitələrinin təmiri 148.7 143.3 +5.4
Nəqliyyat və anbar təsərrüfatı 135.4 133.3 +2.1
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 147.2 141.8 +5.4
Orta aylıq işlənmiş iş saatı 138.7 135.8 +2.9
Son xəbərlər
Digər xəbərlər