26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Bu ayın pensiya ödənişi ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya ödənişini tam yekunlaşdırıb.

Nazirlikdən verilən məlumata görə, aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyalarının, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyaların ödənişi başa çatıb.

2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın II rüb üzrə ödəniləcək hissəsi (50 manat) da aprel ayının pensiyasının üzərinə əlavə olunub. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

 

Son xəbərlər
Oxşar xəbərlər