11 C
Baku
Monday, November 18, 2024

Bu ayın sonu Bank “BTB”nin səhmdarlarının yığıncağı keçirilir

Bank “BTB” ASC-nin səhmdarları ayın sonu yığıncaq keçirir.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, bank səhmdarlarının illik ümumi yığıncağı 31 may 2022-ci il tarixində saat 11:00-da Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən Baş ofisində keçiriləcək.

“Səhmdarlar yığıncağın gündəliyi ilə Bankın Baş ofisində tanış ola bilərlər”- deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74.99 %-i Nigar Mehdiyevaya, 19.01 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər