10 C
Baku
Wednesday, December 11, 2024

Bu bağların yaradılmasına görə dövlət hektarına 11 min manat birdəfəlik subsidiya verir

6 növ meyvə bitkisi üzrə yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası veriləcək.

Banker.az xəbər verir ki, bununla bağlı Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Qeyd olunan birdəfəlik subsidiya 2021-ci ildə salınacaq limon bağlarına 11 000 manat/ha, portağal, naringi bağlarına 9 000 manat/ha, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınacaq nar bağlarına 5 000 manat/ha, zeytun bağlarına 4 900 manat/ha, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarına 4 400 manat/ha təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər