11 C
Baku
Monday, November 25, 2024

“Kapital Bank” dollar alış-satışından 31 milyon manat qazanıb

Kapital Bank 2021-ci ildə xarici valyuta ilə əməliyyatlardan (məzənnə dəyişməsi daxil olmaqla) 30 milyon 602 min manat gəlir əldə edib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ilin 31 dekabr tarixinə isə “Kapital Bank”ın xarici valyuta ilə əməliyyatlardan gəliri 21 milyon 497 min manat olub ki, bu da illik müqayisədə 9 milyon 105 min manat artım və ya 42.4% artım deməkdir.

Bankın ötən il alınan haqq və komissiyadan gəliri 263 milyon 993 min manat təşkil edib. 2020-ci ilin eyni dövrlərində bu göstərici 190 milyon 369 min manat olub.

Son xəbərlər
Digər xəbərlər