“Naxçıvanbank” ASC-nin səhmləri ötən il ərzində 14,17% bahalaşıb.
Banker.az xəbər verir ki, 1 yanvar 2018-ci il tarixdə hər bir səhmin nominal dəyəri 67,83 manat olub. Öncəki il ərzində bu rəqəm 59,41 manat təşkil edirdi. 2015-ci ildə isə hər bir səhmin nominal dəyəri 50,94 mln., 2014-cü ildə isə 41,022 manat təşkil edirdi.
Beləliklə bankın 2014-cü ilin dekabrın 31-indən bu tərəfə səhmləri 65,35% bahalaşıb.
Xatırladaq ki, “Naxçıvanbank”ın ümümi 1 mln. ədəd səhmi var və ötən il ərzində səhmlərin bahalaşmasından sonra artaraq 67,83 mln. manat olub.