11 C
Baku
Thursday, November 14, 2024

Bu bankın xidmətlərindən faydalanan qadın müştərilərə hədiyyə ediləcək

SW Bank qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün hədiyyələr hazırlayıb.

Belə ki, 3 – 7 mart tarixləri ərzində SW Bank xidmətlərindən yararlanan xanımlar “Gazelli Group” şirkətindən xüsusi hədiyyələrəldə edəcək.

Həmçinin qeyd olunmuş tarixlərdə “SW Bank Miles” kartlarını sifariş edən xanımlar 50% endirim əldə edəcəklər.

“Miles” kartı bank kartının üstünlüklərini və “Azal Miles” proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını “Miles” kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik ballar hesablanacaq. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər