Hazırda ölkənin bəzi bankları kreditlərin verilməsini dayandırıb. Hətta bir neçə bank var ki, bir ildən çoxdur artıq kredit vermir. Lakin burada maraqlı bir nüans var. Bu banklar kredit vermirlərsə, haradan pul qazanırlar?
Bildiyimiz kimi, Mərkəzi Bank ölkə banklarına nizamnamə kapitalını 50 mln manata çatdırması haqqında qərar verib. Bəs, bu kredit verməyən banklar necə maliyyə göstəricilərini artırırlar?
Kreditlərin verilməsini dayandıran banklar isə bunlardır: Zamin Bank, Bank of Azerbaijan, Kredo Bank, Deka Bank.
Qeyd edək ki, kreditləşməni dayandıran banklar içərisində bir ilə yaxın kredit verməyən banklar belə var.
Onu da qeyd edək ki, Muğan Bank sadəcə olaraq təqaüdçülərə, Yunited Kredit bank isə ancaq giruvlu kreditlər verir.
Zamin Bank – Kredit vermir
Kredo Bank – Kredit vermir
Deka Bank – Kredit vermir
Qeyd edək ki, Deka Bankın ötən rübə olan mənfəəti (-) 11 702 960 AZN təşkil edirdi.
Bank of Azerbaijan – Kredit vermir
*Bank maliyyə göstəricisi haqqında heç bir məlumat açıqlamır.
Qeyd edək ki, kreditləşməni dayandıran banklar,məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.