9 C
Baku
Friday, December 13, 2024

Bu bankların aktivləri 2050-ci ildə ÜDM-un 950%-nə çatacaq

Böyük Britaniyanın bank sahəsi 2050-ci ildə ölkənin ÜDM həcminin 950%-nə çatacaq. Bu haqda 8 dekabrda tənzimləyici tərəfindən dərc edilmiş İngiltərə bankının rüblük bülletenində məlumat verilib.

Britaniya banklarının ümumi aktivləri 36 ildən sonra təqribi olaraq 60 trilyon funt sterlinq (93,5 trilyon dollar) olaraq qiymətləndiriləcək. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə bu göstərici ÜDM həcminin 450%-ni təşkil etməklə 5 trilyon funta (təqribən 7,8 trilyon dollar) çatmışdı.

Britaniyanın bank sahəsi həcminə görə 5 dəfə ABŞ, 2,5 dəfə Yaponiya maliyyə sistemini geridə qoyur. Bundan əlavə, Britaniyanın maliyyə sistemi  Fransa, Hollandiya, İspaniya, Avstriya, İsveç, Almaniya kimi ölkələr də daxil olmaqla Avropa İttifaqının nəhəng ölkələrinin analoji göstəricilərini geridə qoyur.

Son xəbərlər
Digər xəbərlər