11 C
Baku
Wednesday, December 11, 2024

Bu bitkiçilik məhsulların sığorta təminatı veriləcək – Siyahı

Aqrar sığorta Qaydalarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntılar risklərinə münasibətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd olduqda sığorta ödənişi həyata keçiriləcək.

Digər dəyişikliklə kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə artıq pambıq, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq və darı da sığortanın predmeti hesab olunacaq.

Sığorta predmeti hesab olunan kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının aşağıdakı hissələrinə sığorta təminatı veriləcək:
– buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı, günəbaxan, soya, noxud, yaşıl noxud və darı – dən
– pambıq – lif;
– şəkər çuğunduru – kökümeyvə;
– kartof – kökyumrusu;
– soğan, sarımsaq – soğanaq;
– tütün – yarpaq;
– kələm – növlərindən asılı olaraq baş, gövdə, yarpaq və ya çiçək;
– çay – məhsul təminatına dair müqavilələrdə yarpaq, şitil və ya kol təminatına dair müqavilələrdə müvafiq olaraq şitil və ya kol;
– portağal, limon, naringi, üzüm, fındıq, alça, albalı, alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz – məhsul təminatına dair müqavilələrdə meyvə, ting və ya ağac təminatına dair müqavilələrdə müvafiq olaraq ting və ya ağac;
– yemlik qarğıdalı (silos), yonca – bütün yaşıl hissə;
– çiyələk – məhsul təminatına dair müqavilələrdə meyvə, şitil və ya kol təminatına dair müqavilələrdə müvafiq olaraq şitil və ya kol;
– pomidor, qarpız və yemiş (qovun) – məhsul təminatına dair müqavilələrdə meyvə, şitil təminatına dair müqavilələrdə şitil.

Son xəbərlər
Digər xəbərlər