37 C
Baku
Tuesday, August 16, 2022

“Bu bizim torpaqdır,bu, ədalət, beynəlxalq hüquq məsələsidir”

Prezident jurnalistin nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır? sualına cavablandırıb.

Banker.az xəbər verir ki, Prezident İlham Əliev Almaniyanın ARD televiziya kanalına müsahibəsində bu sualı cavablandırıb.

“Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”-prezident bildirib.

 

Son xəbərlər
Oxşar xəbərlər