5 C
Baku
Monday, December 30, 2024

Bu cərrahi əməliyyatların qiyməti artırılır – RƏSMİ

Hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü il üçün Xidmətlər Zərfinə limitli qaydada qaraciyər, böyrək, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının əlavə edilməsi təklif olunub.

Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

“Habelə ürək-damar cərrahiyyəsi, oftalmoloji, travmatoloji və bəzi xoşxassəli şişlərin aradan götürülüməsi ilə bağlı əməliyyatların sayının artırılması da təklif olunub. Bununla yanaşı, Xidmətlər Zərfində bəzi tibbi xidmətlərin tarifinin artırılması da təkliflər siyahısında yer alır”, – deyə qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər