13 C
Baku
Friday, May 24, 2024

Bu cihazı olmayan avtomobil sahibləri məsuliyyət daşıyacaq

Taxoqrafla* təchiz edilmədən beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları həyata keçirən şirkətlər məsuliyyət daşıyacaqlar.

Banker.az.az xəbər verir ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil sahiblərinə xəbərdarlıq edib.

Xidmətin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, Nazirlər Kabineti tərəfindən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na 7 nömrəli əlavə – “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”yə əlavə edilib.

O qeyd edib ki, edilən əlavəyə görə, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələri taxoqrafla təchiz edilməlidir:

“Beynəlxalq yük daşımalarını, həmçinin ölkədaxili şəhərlərarası və rayonlararası yük daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar”.

Taxoqraf – avtomatik rejimdə nəqliyyat vasitəsinin surətinin, yürüyüşünün və hərəkət vaxtının ölçülməsi, qeyd edilməsi və göstərilməsi üçün lazım olan texniki bort qurğusudur. Taxoqraf həmçinin sürücünün əməyə və ya istirahətə sərf etdiyi vaxtın təsbit edilməsi üçün nəzərdət tutulmuşdur. O, demək olar ki, avtomobilin, qeydiyyat proseslərinin avtomatlaşdırılması zamanı yardımçı olan, müxtəlif məlumatları yaddaşda saxlayan və ötürən, “qara qutusudur”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər