26 C
Baku
Saturday, July 27, 2024

Bu dəyişiklik əmlak bazarına müsbət təsir edəcək

Ötən il Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, daşınmaz əmlakın satışının vergiyə cəlb edilməsi qaydalarında dəyişikliklər edilib. 2017-ci il üzrə nəzərdə tutulmuş dəyişikliklərə əsasən, torpaq sahələrinin satışı artıq sadələşdirilmiş vergiyə cəlb ediləcək. Verginin tutulması qaydası evlərin satışında olduğu kimi olacaq. Vergi notarius tərəfindən birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutulacaq və onun ödənilməsinə görə məsuliyyəti notarius daşıyacaq. Vergi torpaq sahəsinin hər kvadratmetrinə görə tətbiq ediləcək və ərazidən fərqli olaraq əmsallar tətbiq ediləcək.

Bunu əmlak məsələləri üzrə ekspert, iqtisadçı Rəşad Əliyev bildirib. Onun sözlərinə görə, bu dəyişiklik bazara müsbət təsir göstərəcək:

“Qanunvericilikdəki köhnə dəyişikliklərə əsasən, təkrar bazarda yaşayış və qeyri-yaşayış təyinatlı sahələri satan şəxslər vergini əmlakın sahəsinə uyğun olaraq ödəməyə başladılar. Bu dəyişikliklərin daşınmaz əmlakın aktiv kimi investisiya cəlbediciliyinə müsbət təsir etməsi şübhə doğurmur. Ancaq buna baxmayaraq, dəyişikliklərin müsbət nəticələri bazarda az hiss olundu, çünki bazardakı vəziyyət makroiqtisadi şəraitin mənfi təsiri altında idi. Təəssüflər olsun ki, o zaman dəyişikliklər ancaq təkrar və ilkin bazardakı mənzilləri, evləri və obyektləri əhatə etdi. Torpaq sahələrinin satışının vergiyə cəlb edilməsi əvvəlki qaydada qaldı. Bu isə torpaq sahələrinin investisiya cəlb ediciliyinə mənfi təsir etməkdə davam etdi. Buna baxmayaraq, torpaq bazarındakı aktivlik digər seqmentlərdən heç də aşağı olmadı. Yəni nisbi olaraq. Çünki bazarda aktivlik onsuz da bütün seqmentlər üzrə 2016-cı ildə aşağı olub”.

Son xəbərlər
Digər xəbərlər