13 C
Baku
Saturday, April 27, 2024

Bu dairələrlə bağlı qərar qəbul edildi – SON DƏQİQƏ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətə baxılıb.

Banker.az xəbər verir ki, həmin müraciətin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi və 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə müraciətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər