12 C
Baku
Wednesday, April 24, 2024

Bu gecə bankomatların 60%i işləməyəcək – AZERİKARD

Aprelin 9-dan 10-a keçən gecə “Azericard” prossessinq mərkəzi fəaliyyətini dayandıracaq. Şirkətdən Fins.az-a verilən məlumata görə, buna səbəb sistemdə həyata keçirilən yenilənmə işləridir. Buna görə də, gecə saat 01:00-dan 05:00-a qədər “Azəricard”ın xidmət göstərdiyi 30 bankın 2 milyon plakstik kartı, 1500 bankomatı və 30 minə yaxın POS-terminal vasitəsilə əməliyyat həyata keçirmək mümkün olmayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda bankomatların say 2400-ə yaxın, posterminalların sayı isə 33 045-dir. Başqa sözlə, ölkədəki bankomatların 60%-i, posterminalların isə 90%-i “Azərikard”ın payına düşür.

Bu müddət ərzində plastik kartlar vasitəsilə bütün əməliyatlar dayandırılacaq. məsələn, ticarət mərkəzlərində plastik kart vasitəsilə alqı-satqı etmək, internet və ya bankomatlar vasitəsilə mobil danışıq haqqını, kommunal xidmətlərin haqqını ödəmək, internet mağazalarda alqı-satqı aparmaq, bankomatdan pul çıxarmaq mümkün olmayacaq. Bütün bu sistem yenilənmə işləri başa çatandan sonra yəni səhər saat 5-dən sonra işə düşəcək. “Azericard”ın xidmət göstərdiyi bankların siyahısı ilə buradan tanış olmaq mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər