12 C
Baku
Saturday, May 18, 2024

Bu gecə Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstəsi mövqelərimizi atəşə tutub

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Banker.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Nazirlikdən verilən məlumata əsasən, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər