17 C
Baku
Cümə, Oktyabr 15, 2021

Bu günə olan Bakı-Süleymaniyə aviareysi ləğv edilib – Səbəb məlum deyil

Screen Shot 2021 09 02 at 14.34.20

İyulun 29-da həyata keçirilməli olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər  verilir ki, “Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 19:00-da “IA 429” saylı Süleymaniyədən Bakıya uçuşu ləğv olunub.

Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 20:00-da Bakıdan Süleymaniyə istiqamətində “IA 430” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Süleymaniyə-Bakı-Süleymaniyə aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.

©Azərtac

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər