16 C
Baku
Thursday, April 24, 2025

Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Sentyabrın 2-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verilir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 17:00-da “FZ 733” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.

Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 17:55-da Bakıdan Dubay istiqamətində “FZ 734” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər