3 C
Baku
Monday, December 5, 2022

Bu günədək Azərbaycan startaplarına bir milyon dollara yaxın investisiya qoyulub

Azərbaycanda startap-layihələrin ilk inkişaf dalğası 2015-2016-cı illərdə başlayıb.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müşaviri Ağahüseyn Əhmədov deyib.

O bildirib ki, 2018-ci ildən başlayaraq isə bu sahədə qanunvericilik səviyyəsində müvafiq islahatlar keçirilməyə başlandı. Agentliyimiz öz növbəsində bu ekosistemin dəstəklənməsi üçün zəruri infrastrukturun yaradılmasına doğru istiqamət aldı. Bizim startap mühitinə dəstəyimiz maliyyə, texniki və texnoloji, infrastruktur, qanunvericilik dəstəyindən, bilik və ekspertizanın ötürülməsindən, eləcə də startapçılarla müvafiq strukturlar arasında təmasların qurulmasından ibarətdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri kadr potensialının, yəni İT mütəxəssislərinin inkişafıdır.

“Bu il agentliyimiz 80 tələbənin informasiya texnologiyaları sahəsində təhsilini dəstəkləyib, 2023-cü ildə isə bu rəqəmi 2 minədək çatdırmaq planlaşdırılır”, – A.Əhmədov deyib.

A.Əhmədov əlavə edib ki, agentlik ölkəyə xarici investorların cəlb olunması üzrə işlər aparır.

“Keçirdiyimiz tədbirlər çərçivəsində biz investorların böyük axınını müşahidə edirik. Onlar ölkəmizə gələrək layihələrimizlə tanış olur. İlkin məlumatlara əsasən, bu günədək Azərbaycan startaplarına bir milyon dollara yaxın investisiya qoyulub. Biz ölkəyə potensial investorların cəlb olunması ilə bağlı fəal danışıqları davam etdiririk”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X