10 C
Baku
Thursday, December 12, 2024

Bu günə qədər Silahlı Qüvvələrin Yardım Fonduna 120 515 647 manat məbləğində yardım edilib

Silahlı Qüvvələrin Yardım Fonduna daxil edilən vəsaitin məbləği açıqlanıb.

Bu barədə “Banker.az”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının silahlı Qüvvələrinə Yardım Fonduna 120 milyon manat, 218 min ABŞ Dolları, 18 min avro, 5000 rubl vəsait yığılıb.

Məlumat üçün bildirək ki, Silahlı Qüvvələrinə Yardım Fonduna daxil edilən vəsait haqqında sonuncu məlumat 1 oktyabr tarixinə aiddir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxil olmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Son xəbərlər
Digər xəbərlər