11 C
Baku
Tuesday, November 19, 2024

Bu günədək 12 mindən çox tələbə təhsil krediti alıb

Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı gündən bu günə qədər olan statistikanı açıqlayıb.

Banker.az Fonda istinadən xəbər verir ki, bu günə qədər 21 min 8 tələbə kredit almaq üçün müraciət edib.

Onlardan 1165 nəfərin müraciəti natamam olub, 1217 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 5 min 248 nəfərin müraciətinə imtina cavabı verilib, 695 nəfərin müraciəti isə banka yönləndirilib.

Ümumilikdə 12 min 683 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 4 min 724 nəfərin müraciəti sosial, 7 min 959 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

Son xəbərlər
Digər xəbərlər