10 C
Baku
Friday, December 13, 2024

Bu günədək 1,2 mlrd. manatlıq 121 layihəyə investisiya təşviqi sənədi verilib

“Qeyri-neft sektorunun inkişafını genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün müəyyən işlər görülüb. İxrac etmək üçün əvvəlcə istehsal qurmaq lazımdır. Bu günə qədər 1,2 milyard manat dəyərində olan 121 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq ixracatçılara geri ödəmə sisteminin tətbiqinə başlanılıb və 5 ay ərzində sahibkarlara 750 min manat həcmində dövlət dəstəyi verilib”. APA xəbər verir ki, bunu Bakıda keçirilən “Caspian Energy Forum-2017”-də çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Nazir müavini qeyd edib ki, bu ilin birinci rübündə Azərbaycanda ixracatçıların sayı 20% artıb. S. Babayev əlavə edib ki, sahibkarlarımızın istehsal etdiyi məhsulların xarici bazarlara ixrac olunması üçün bütün şərait yaradılacaq.

Xarici ölkələrdə Azərbaycanın ticarət nümayəndəliklərinin yaradılmasına toxunan nazir müavini bildirib ki, növbəti nümayəndəlik Çində yaradılacaq. “Bu nümayəndəliklərin yaradılmasında məqsəd Azərbaycanın investisiya potensialını bu ölkələrdə tanıtmaq, həmin ölkənin iş adamlarını Azərbaycana dəvət etməkdir. Bundan başqa, son zamanlar Azərbaycan xarici ölkələrdə ticarət evləri də yaradır. Artıq Belarusda belə bir ticarət evi açılıb, Rusiya və Ukraynada ticarət evlərinin açılması ilə bağlı işlər aparılır”, – deyə S. Babayev bildirib.

Onun sözlərinə görə, ötən rüb ərzində Azərbaycanın ixracı 50%, o cümlədən qeyri-neft məhsullarının ixracı 32%, kənd təsərrüfatı məhsullarının ixracı 46%, sənaye məhsullarını ixracı isə 25% artıb.

Son xəbərlər
Digər xəbərlər