2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatır. Proses 16 fevral saat 00:00-dək davam edəcək.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Bu günədək tələbə krediti üçün 5 651 müraciət qeydə alınıb. Onlardan 2 447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.
Fevralın 16-dan cari tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.
Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.