Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2023-cü il üçün ilk iclası çağırılıb.
Komissiyanın ilk iclası bu gün keçiriləcək. İclasda Əfvlə bağlı müraciətlərə baxılacaq.
Komissiyanın üzvü Əliməmməd Nuriyev saytımıza açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, bu gündən etibarən Əfv Komissiyasının iclasları keçiriləcək.