Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putinin Soçidə görüşü olacaq.
Protokolda nümayəndə heyətlərinin görüşü nəzərdə tutulmayıb, dövlət başçıları təkbətək görüşəcək.
Məlumata görə, tərəflər görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.