11 C
Baku
Saturday, November 29, 2025

Bu gün 31 bankın kartı işləməyəcək

Bu gün saat 14:30-dan 15:30-a kimi “Azericard” Prosesinq Mərkəzi göstərdiyi xidmətləri qismən məhdudlaşdıracaq.

Bu barədə “Azericard” MMC-dən məlumat verilib.

Məlumata görə, Mərkəzin fəaliyyətini məhdudlaşdırması sistemdə aparılan təmir işləri ilə əlaqədardır.

Qurumun açıqlamasına görə, qeyd olunan vaxt ərzində plastik kartlar üzrə onlayn rejimdə əməliyyatlar həyata keçirilməyəcək.

Qeyd edək ki, “Azericard” Prosesinq Mərkəzi 31 bank təşkilatına xidmət göstərir.

Report

Son xəbərlər
Digər xəbərlər