14 C
Baku
Saturday, November 23, 2024

Bu gün 44 ölkənin liderləri Praqada bir araya gələcək

Bu gün Çexiyanın paytaxtı Praqada Avropa İttifaqının 27 ölkəsinin və Türkiyənin də daxil olduğu 17 ölkənin liderlərini bir araya gətirəcək Avropa Siyasi Birliyinin (AST) ilk iclası keçirilir.

Sammit Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi toplantıya ümumilikdə 44 lider qatılacaq. Avropa ölkələrinin liderlərinin bir araya gəldiyi son illərin ən böyük liderlər toplantısında AST-nin daimi olub-olmayacağı müzakirə ediləcək.

Avropa ölkələrinin bu toplantı ilə Rusiyaya güclü mesaj verəcəyi gözlənilir.

Hazırda AST-nin məqsədi siyasi dialoqu, əməkdaşlığı təşviq etmək və Avropa qitəsində sabitliyi möhkəmləndirməkdir. Bu gün iclasda sülh-təhlükəsizlik, enerji-iqlim, iqtisadiyyat, miqrasiya-nəqliyyat mövzularına diqqət yetirəcək.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər