20 C
Baku
Thursday, May 30, 2024

Bu gün ABŞ və İran nümayəndələri arasında görüş olacaq

Bu gün Qətərin paytaxtı Dohada ABŞ-la İran arasında birbaşa olmayan görüş keçiriləcək.

Bu barədə “Reuters” məlumat yayıb.

ABŞ Dövlət Departamentindən bildirilib ki, İran nüvə paktı çərçivəsində əlavə tələbləri qəbul edib-etməməsi barədə qərara gəlməlidir.

İranın nüvə danışıqlarına başçılıq edən heyətin rəhbəri Əli Baqeri Kani Dohaya səfər edib. ABŞ-ı danışıqlarda İran üzrə xüsusi nümayəndə Robert Malli təmsil edəcək.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib ki, Baqer Kani danışıqlarla bağlı iyunun 28- və 29-da Dohada səfərdə olacaq.

Məlumata görə, tərəflər Avropa İttifaqının nümayəndəsi və BMT Təhlükəsizlik Şurasının nüvə məsələləri üzrə koordinatoru Enrike Mora vasitəsilə əlaqə saxlayacaq.

Qeyd olunub ki, İranın ali rəhbəri ayətullah Əli Xamənei ABŞ-la birbaşa danışıqları qadağan edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər