Banker.az-ın əldə etdiyi qeyri-rəsmi informasiyaya görə, bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin iclası keçiriləcəyi gözlənilir.
Mənbənin verdiyi məlumata görə, bu görüşdə AMEA-ya prezidentin seçiləcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib.
Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq, Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.